Saat:19:35
Haqqımızda

Media dövlət maraqlarını qorumalıdırmı?

2021-10-14 23:21:00

Media dövlət maraqlarını qorumalıdırmı?

Beynəlxalq jurnalistika təcrübəsində bu sualın cavabı “xeyr” olsa da, reallıq həmişə başqa cür olur.

Misal üçün, ABŞ-ın Vyetnam müharibəsindən başlamış Yaxın Şərqə qədər davam edən müharibələrində çox az istisnalar olmaqla bütün amerikalı jurnalistlər dövlət siyasətini müdafiə edir. Amma nədənsə, məhz bizə gələndə medianın beynəlxalq prinsipləri gündəmə gəlir. Necə olur, amerikalı jurnalistlər müdaxilə siyasətini dəstəkləyəndə bu prinsiplər pozulmur, bizim media haqlı müharibəni dəstəkləyəndə pozulur?!

Deməli, məsələ prinsip yox, hansı ölkənin nə etməsindədir. Bu, həm də bizim medianın istiqamətini müəyyənləşdirməyə əsas yarada bilir. Vətən müharibəsində qələbə çaldıq. Bu qələbəni davamlı etmək üçün medianın öz potensialını dövlət maraqlarının qorunmasına yönəltməsinə bəlkə də heç olmadığı qədər zərurət yaranıb.

Xüsusilə, erməni diasporu və lobbisinin arxasında dayandığı kənar müdaxilələr bunu şərtləndirir.

Qələbəni möhkəmləndirmək, davamlı etmək üçün mediamızın dövlət maraqlarının müdafiəsində həmrəylik nümayiş etdirməsinə ən çox indi ehtiyac var.


Vasif Həsənli

“Demokrat.az” xəbər portalının baş redaktoru

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.196204