MEDİA-da Qazaxıstan Respublikasının İnformasiya Komitəsinin sədri ilə görüş keçirilib

2022-06-17 19:05:00

MEDİA-da Qazaxıstan Respublikasının İnformasiya Komitəsinin sədri ilə görüş keçirilib

İyunun 17-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Qazaxıstan Respublikasının İnformasiya Komitəsinin sədri Kanat İskakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hurriyyet.az xəbər verir ki, Əhməd İsmayılov ölkələrimiz arasında media sahəsində effektiv əməkdaşlığın qurulduğunu, xüsusən də Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq dəyərlərimizə söykənən bu əlaqələrin inkişaf etdirilməsinin ciddi perspektivləri olduğunu bildirib.

Kanat İskakov rəhbərlik etdiyi qurum, habelə ölkəsində media qanunvericiliyinin yenilənməsi istiqamətində görülən işlər barəsində məlumat verib və bu baxımdan “Media haqqında” Azərbaycan Respublikası Qanununun nümunə olaraq öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan və Qazaxıstan Respublikaları arasında informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, iki ölkənin media subyektlərinin qarşılıqlı əlaqələrinin qurulması və inkişafı istiqamətində maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya