Media Araşdırmaları və Monitorinq Mərkəzi yeni layihəyə start verib

2022-09-01 20:02:00

Media Araşdırmaları və Monitorinq Mərkəzi yeni layihəyə start verib

Azərbaycanın 44 günlük müharibədə şanlı qələbəsindən sonra regionda yeni reallıq yaranmışdır.

Azərbaycanın güc sahibi olması bölgədə qüvvələr balansını ölkəmizin xeyrinə dəyişmişdir. Bütün bunları nəzərə alaraq baş verənlərlə bağlı mesajları dünya ictimaiyyətinə düzgün çatdırmaq lazımdır.

Bu məqsədlə Azərbaycanın müharibədən sonrakı dövrdə apardığı mübarizənin gücləndirilməsini, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırması istiqamətində “Media Araşdırmaları və Monitorinq Mərkəzi” 01.09.2022- ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Post- münaqişə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq platformalarda yayılması” adlı layihəyə start verib.

Təşkilatdan Hurriyyet.az-a verilən məlumata görə layihə müddətində beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə Reakisiya TV-nin efirində yayımlanacaq verilişlər çərçivəsində diaspora, xarici KİV nümayəndələri ilə müzakirələr aparılacaq, Azərbaycan həqiqətləri, Ermənistan tərəfindən regionun mədəni irsinə qarşı törədilmiş vandalizm aktları və post-münaqişə dövründə Azərbaycan dövlətinin apardığı bərpa-quruculuq işləri barədə məlumatlar veriləcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062515