Mədət Quliyev sabiq DTX əməkdaşını özünə müşavir təyin etdi

2022-08-29 14:20:00

Mədət Quliyev sabiq DTX əməkdaşını özünə müşavir təyin etdi

Müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin əmri ilə polkovnik Arif Babayev nazirin müşaviri vəzifəsinə təyin edilib.

Hurriyyet.az Apa-ya istinadən xəbər verir ki, bu təyinatadək Arif Babayev Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin ayrı-ayrı tarixli sərəncamlarına əsasən Arif Babayev "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları ilə təltif olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin əmri ilə "Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı" döş nişanı və "Qüsursuz xidmətə görə" I dərəcəli medalı ilə təltif edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058190