Mədət Quliyev Fazil Məmmədovun yerinə GƏTİRİLİR

2021-11-26 16:28:00

Mədət Quliyev Fazil Məmmədovun yerinə GƏTİRİLİR

Bu gün Azərbaycan Velosiped Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.

Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, müdafiə sənayesi naziri Mədət Quliyev federasiya Prezidentliyinə əsas namizəddir. 

Onun bugünkü seçkilərdə federasiya rəhbəri kimi təsdiqlənəcəyi gözlənilir. 

Qeyd edək ki, Azərbaycan Velosiped Federasiyasının son Prezidenti sabiq vergilər naziri Fazil Məmmədov olub. O, 2011-ci ildən 2018-ci ilə qədər Federasiyaya rəhbərlik edib. Artıq 3 ildir ki, sözügedən post boşdur.