Mədəniyyət Nazirliyindən 65 minlik icarə müqaviləsi
2024-04-13 17:26:08

Mədəniyyət Nazirliyi Dövlət Rəqs Ansablının məşqləri üçün daşınmaz əmlak icarəyə götürür.
Hurriyyet.az xəbər verir ki, “ölkə.az”ın məlumatına görə, nazirlik icarə ilə bağlı "Ruslan-93" kiçik müəssisəsi ilə müqavilə imzalayıb.
İcarə üçün müəssisəyə 64 min 900 manat ödəniş ediləcək.
