Saat:17:51
Haqqımızda

Mədəniyyət Nazirliyi Şəfiqə Məmmədovanın ittifaqındakı istefalara münasibət bildirdi

2023-01-26 14:51:00

Mədəniyyət Nazirliyi Şəfiqə Məmmədovanın ittifaqındakı istefalara münasibət bildirdi

Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqındakı istefalara münasibət bildirib.

Hurriyyet.az xəbər verir ki, nazirlik ölkədə mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai təşkilatlar, o cümlədən kino ittifaqları qanunvericiliyə əsasən öz fəaliyyətlərini əsasnamələrinə uyğun olaraq müstəqil şəkildə həyata keçirdiyini qeyd edib.

"Sözügedən qurumların fəaliyyətlərinin təşkili və ona nəzarət olunması Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil", - deyə dövlət qurumun məlumatında qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 21-də yaradılıb. Həmin gündən İttifaqın sədri vəzifəsini Xalq artisti Şəfiqə Məmmədova tutur. Yenidən Ş.Məmmədovanın sədr seçilməsi barədə məlumatlar İttifaqda narazılıqlara səbəb olub.

Əvvəlcə qurumun mətbuat katibi Əli Vəliyev, daha sonra Xalq artisi Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva və başqaları üzvlükdən imtina etdiyini açıqlayıb. Onların üzvlükdən imtinasına İttifaqda olan haqsızlıqların səbəb olduğu iddia edilir. (yenisabah)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR