Mədəniyyət Nazirliyi musiqi məktəbindəki qalmaqalla bağlı araşdırma başlatdı - VİDEO

2022-09-02 10:38:00

Mədəniyyət Nazirliyi musiqi məktəbindəki qalmaqalla bağlı araşdırma başlatdı - VİDEO

Göyçay rayon Uşaq Musiqi Məktəbində baş verən hadisə ilə bağlı məsələ Mədəniyyət Nazirliyi tərəfindən araşdırılır.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Mədəniyyət Nazirliyindən bildirilib.

"Yaxın günlərdə ictimaiyyətə daha geniş məlumat veriləcək", - qurumda qeyd ediblər.

Qeyd edək ki, Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb. Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimi kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. Musiqi məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimələr etiraz edərək onu məktəbdən qovublar.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.072667