Məcburi köçkün olan müharibə iştirakçısının pensiyası kəsilib

2022-09-23 15:18:00

Məcburi köçkün olan müharibə iştirakçısının pensiyası kəsilib

Mirzəyev Zaur Ramiz oğlu Laçın rayonunun Ərdəşəvi kəndindən məcburi koçkün olub. Hurriyyet.az-a müraciət edən Z.Mirzəyev deyir ki, ona qanunla pensiya düşür, ancaq Sosial Müdafiə Fondu bunu təsdiq etmir:

“Müvafiq qanunvericiliyə əsasənm, müddətdən əlavə hərbi xidmətdə olan hərbi qulluqçuya əlliliyə görə pensiya təyin edilməlidir. Sənədlərim ASAN Xidmət tərəfindən 17.06.2020-ci il taxində Dövlət Sosial Müdafiə Fonduna göndərilib. İcra olunan sənədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci 28 aprel 175 nömrəli təsdiqlənmiş qərarına əsasən ya 5 iş günü ərzində imtina verilməli, ya da 10 iş günü ərzində cavab verilməli idi. Sənədi təzədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriblər".

Şikayətçi deyir ki, icra olunmalı olan sənəd 3-cü ildir geri qaytarılmır: "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədr müavini Xanım Məmmədova yazıb göndərib ki, məsələnin bizlə əlaqəsi yoxdur,bu, Dövlət Sosial Müdafiə Fondunun özünə aiddir. Çünki qanun ora aiddir. İcra olunan sənəd sadəcə ASAN Xidmətə geri qaytarılmalıdır. Artıq 3-cü ildir ki, sənəd geri qaytarılmır. İcra olunan sənəd geri qaytarılmalıdır ki, ASAN Xidmət mənə cavab versin sənədi göndərmirlər".

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzu ilə bağlı rəsmi qurumların mövqeyini dərc etməyə çalışacağıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000089