Saat:07:32
Haqqımızda

MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclası keçirilib

2024-04-18 18:57:20

MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclası keçirilib

Aprelin 18-də MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir. 

Tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvləri - MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri Nizami Səfərov, komissiyanın üzvü Anatoliy Rafailov iştirak ediblər.

Milli Məclisin deputatı Nizami Səfərovun sədrlik etdiyi onlayn iclasda parlamentarilər VIII Sankt-Peterburq Beynəlxalq Əmək Forumunun yekunları, Pandemiya dövründə miqrasiya proseslərinin qanunvericiliklə tənzimlənməsinə dair tövsiyələrin layihəsi və gündəliyin digər məsələləri ətrafında müzakirələr aparıblar, həmçinin MDB ölkələrində model qanun yaradıcılığının 2023-2025-ci illər üzrə perspektiv planına təklifləri nəzərdən keçiriblər.

Tədbirin sonunda komissiyanın növbəti iclasının gündəliyi və tarixi müəyyənləşdirilib.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.180239