Saat:21:51
Haqqımızda

“McDonald`s”a qarşı iddia qaldırılması narahatlıq yaradıb – Dönərçi ayaqyoluna gedib…

2024-11-02 13:38:52

“McDonald`s”a qarşı iddia qaldırılması narahatlıq yaradıb – Dönərçi ayaqyoluna gedib…

“ABŞ-də istehlakçıların burgerlərdə bağırsaq çöpləri aşkar edildikdən sonra “McDonald`s”a qarşı iddia qaldırılması ölkəmizdə də narahatlıq yaradıb. Burada söhbət “McDonald`s”dan yox, bağırsaq çöpündən gedir. Bu isə “McDonald`s”da aşkarlanıb. Deməli, orada kimsə eşerixia koli (bağırsaq infeksiyası) xəstəsi olub, əlləri təmiz olmayıb. Eşerixia koli nəcislə ifraz edilir. Bunu yoluxduran şəxs isə böyük ehtimalla, inqridientləri hazırlayan adam olub, ayaqyoludan əllərini yumadan çıxıb. Bu, təkcə “McDonald`s”da deyil, bütün restoranlarda baş verə bilər. Amerikanın bir ştatındakı “McDonald`s”da baş verən hadisə o demək deyil ki, bütün dünyadakı “McDonald`s”lara aiddir. Əlbəttə, “McDonald`s”ın əleyhinəyəm, amma bu, başqa mövzudur”. 

Hurriyyet.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış qastroenteroloq-hepatoloq Mətanət Cəfərova deyib.

“Yayılan infeksiya sırf şəxsi gigiyena qaydalarına riayət etməməyin nəticəsidir. Həmin şəxsdə bağırsaq çöpünə bağlı kolit xəstəliyi olub. Ola bilər, izhal olub. Çünki infeksiya adi formada keçməz. Böyük ehtimalla, həmin şəxs xəstəliyin kəskin dönəmində olub və nəcisindən çoxlu miqdarda eşerixia koli ifraz edilib. Sonra əlləri çirkli qida məhsullarına toxunub, birbaşa başqa qidalara da ötürülüb. Eşerixia koli çirkli əllərlə orqanizmə ağızdan daxil olur. Buna görə də bizim vətəndaşlarımızın da eşerixia koliyə tutulacağını demək gülməlidir. Bizdə belə hadisə gündəlik ola bilər. Dönərçi də ayaqyoluna gedib əllərini yumur, qida ilə təmasda olur. Yaxud da ümumi istifadə edilən ayaqyoluları. Sizdən əvvəl ora eşerixia kolisi zəngin olan kolit xəstəsi giribsə, əllərinizi qapıya, cəftəyə toxundursanız, əllərinizi yumasanız və qidalansanız, infeksiyanı ağzınıza ötürsəniz, sizdə də həmin xəstəlik yaranacaq”, – həkim bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.204795