"Mayın 9-da Moskvada keçiriləcək parada heç bir dövlət liderini dəvət etməmişik" - PESKOV

2022-04-30 00:11:00

“Xarici liderlərdən heç biri mayın 9-da Moskvada keçiriləcək parada gəlməyəcək. Çünki heç kim dəvət olunmayıb”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz xarici liderlərdən heç birini dəvət etməmişik. Məsələ ondadır ki, bu yubiley tarixi deyil, bu bizim bayramımızdır, bu, bütün Rusiya, bütün ruslar üçün müqəddəs bayramdır. Lakin biz xarici liderləri dəvət etməmişik”, – Peskov bildirib.

“Bəs Lukaşenko olacaq?” sualına Peskov isə “yox” cavabı verib. Onun sözlərinə görə, belə bir səfər nəzərdə tutulmayıb. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya