Mayın 14-də Azərbaycan Prezidentinin Türkiyəyə səfəri gözlənilir – möhtəşəm tədbir keçiriləcək

2022-05-06 16:32:00

Mayın 14-də Azərbaycan Prezidentinin Türkiyəyə səfəri gözlənilir – möhtəşəm tədbir keçiriləcək

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Mayın 14-də Türkiyədə yeni Rize-Artvin Hava Limanının açılışı olacaq. Yeni limana ilk olaraq Türkiyə Prezidenti R.T.Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin sərnişini olduğu təyyarələr enəcək. Açılışın ardından Prezident Ərdoğanın, həmkarı İlham Əliyevin və digər qonaqların şərəfinə nahar mərasimi keçiriləcək.

Hava limanının ildə 3 milyon nəfərə yaxın sərnişinə xidmət eləməsi planlaşdırılır. Hava limanının içərisində Türkiyə çayının tanıdılması üçün Çaykur muzeyi və mini çay fabriki də açılacaq.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya