Saat:08:12
Haqqımızda

Mayın 13-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

2024-05-13 15:26:11

Mayın 13-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

Mayın 13-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Komitənin sədri Bəxtiyar Əliyev iclasda “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirə ediləcəyini söyləyib.

Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir.

Komitə sədri diqqətə çatdırıb ki, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığa dair Sazişin 7-ci maddəsinə uyğun olaraq hazırlanmış Protokol 2024-cü il martın 11-də Bakı şəhərində imzalanıb. Protokolda nəzərdə tutulan dəyişikliklərdə Sazişin adında və mətnində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi”, “Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi” və  “təhsil sahəsində əməkdaşlıq haqqında” sözləri “Azərbaycan Respublikasının Elm və təhsil Nazirliyi”, “Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi” və “elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında” sözləri ilə əvəz olunur. Bununla yanaşı, Sazişin bir sıra maddələri yeni redaksiyada təqdim edilir.

Bildirilib ki, Protokolda tərəflər arasında dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq bərabərlik və qarşılıqlı fayda əsasında Azərbaycan Respublikasının ali təhsil sahəsində və Qazaxıstan Respublikasının ali və ali təhsildən sonrakı təhsili sahəsində əməkdaşlığın inkişaf etdirilməsi təsbit olunur. Bu əməkdaşlıq çərçivəsində tərəflərin dövlətlərinin maraqlı elm və ali təhsil müəssisələri arasında müqavilələr əsasında tələbələrin, professor-müəllim heyətinin, elmi işçilərin mübadiləsi, müxtəlif konfrans və forumlarda tələbələrin qarşılıqlı iştirakı, dövri nəşrlərin, təhsil sahəsinin müxtəlif aspektləri, attestasiya və akkreditasiya prosedurları, elmi dərəcələr və elmi adlar barədə, sənədlərin tanınması prosedurları haqqında məlumatların mübadiləsi nəzərdə tutulur.

Komitə üzvləri Etibar Əliyev, Ceyhun Məmmədov, Müşfiq Məmmədli, Anar İsgəndərov, Aqiyə Naxçıvanlı, Pərvin Kərimzadə təklif olunan dəyişikliklərin elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətindən bəhs ediblər, habelə ölkəmizdə təhsilin inkişafı, türk dünyasına inteqrasiya prosesləri ilə bağlı fikirlərini bölüşüblər. Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin sektor müdiri Kamalə Əzimova layihə barədə şöbənin müsbət rəyini səsləndirib.

İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.171696