Matəm gününə görə oyunlar təxirə salındı
2024-12-25 19:33:46

Azərbaycan Basketbol Liqasında IX turun 26 dekabr tarixində keçirilməli olan 2 matçı təxirə salınıb.
"Şəki" - "Gəncə" və "Sumqayıt" - "Quba" qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.
Xatırladaq ki, Aktau yaxınlığında AZAL J2-8243 nömrəli təyyarənin qəzaya uğramasına görə 26 dekabr tarixində Azərbaycanda matəm elan edilib.\\Offsideplus.az
