Saat:22:21
Haqqımızda

Maskın departamenti 7 milyon nəfər "ölü canı" aşkara çıxarıb - sığorta sistemi ələnir

2025-03-25 15:12:03

Maskın departamenti 7 milyon nəfər

Hurriyyet.az xəbər verir ki,Birləşmiş Ştatlarda  İlon Maskın rəhbərlik elədiyi Dövlətin Səmərəliliyi Departamentinin (DOGE) yoxlamasından sonra sağ kimi qeydiyyatda qalan 7 milyon nəfərin ölmüş olduğu aşkara çıxıb. ABŞ Sosial Təminat Xİdməti yaşı 120-dən artıq olan və sağ kimi qeydiyyata alınan 7 milyon nəfərə yaxın amerikalının öldüyünü bəyan edib. 
Bu barədə Dövlətin Səmərəliliyi Departamentinin (DOGE) X şəbəkəsindəki səhifəsində məlumat verilib.
Departamentin bildirdiyinə görə, məlumatların təmizlənməsi 3 həftə ərzində aparılıb. Hazırda təqribən 7 milyona qədər sosial sığorta nömrəsinin qüvvədən düşdüyü aşkar edilib. Xəbərdə qeyd edilir ki, hazırda ölkədə daha 5 milyon mərhum amerikalının adı dirilər siyahısında qalıb.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.160484