Maskalılar indi hansı məmurun qapısını döyəcək? - AÇIQLAMA

2022-07-20 14:07:00

Maskalılar indi hansı məmurun qapısını döyəcək? - AÇIQLAMA

“Ölkədə həyata keçirilən islahatlar paketinin ən mühüm maddəsi məhz korrupsiya ilə mübarizədir. Dəfələrlə məmurların diqqətinə çatdırılıb ki, onların heç bir imtiyazları yoxdur, işləri ancaq xalqa və dövlətə xidmətdən ibarət olmalıdır".
Hurriyyet.az
xəbər verir ki, bunu Bakupost.az -a millət vəkili Asim Mollazadə deyib.
O, bildirib ki, kimliyindən asılı olmayaraq korrupsiyaya qurşananlar həbs cəzasından yayına bilməyəcəklər:

"İstənilən cinayət açılacaq, cinayətkarlar tapılacaq və onlar törətdikləri cinayətlərə görə cavab verəcəklər. Düşünürəm ki, sistemli araşdırmalar, korrupsiya ilə mübarizə Azərbaycanın bir dövlət kimi güclənməyinə, xalqın rifahına xidmət edir. Əminəm ki, bu proses davam edəcək. Qanunları pozan, kimliyindən asılı olmayaraq, korrupsiyaya qurşananlar həbsdən yayına bilməyəcəklər”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059058