Maska tələbi bu vaxtdan qüvvəyə minə bilər - İnfeksionsit

2022-08-29 11:45:00

Maska tələbi bu vaxtdan qüvvəyə minə bilər - İnfeksionsit

“Payız və qışda sərnişin avtobuslarında, xəstəxanalarda, metroda maskanın taxılması məcburi ola bilər. Virus həyatımızdan tamamilə çıxmayıb”.

Bunu infeksionist-həkim Mərdan Əliyev Bakupost.az -a açıqlamasında bildirib.

İnfeksionist qeyd edib ki, yoluxma sayında artım olsa da, koronavirus çox sürətlə yayılmır:

“Artıq kollektiv immunitet formalaşıb deyə koronavirus yavaş-yavaş davam edir. Pik nöqtəyə çatmasına hələ var. Yəqin bu, payızda baş verəcək. Xəstəxana şəraitində müalicəsi tələb olunanların sayı da çox deyil. Karantin qaydalarının sərtləşdirilməsi, məhdudiyyətlərin olmas inandırıcı deyil. Heç payızda belə, məhdudiyyətlərə gediləcəyini düşünmürəm. Lakin maska tələbi gündəmə gələcək. Bir müddət öncə Səhiyyə Nazirliyi maska ilə bağlı bir neçə dəfə tövsiyə xarakterli fikirlər səsləndirib. Doğrudur, yoluxma riski çox olan yerlərdə fərdi şəkildə insanlar maska taxır. Lakin yaxın gələcəkdə maska tələbi məcburi hal ala bilər”.

M.Əliyev hesab edir ki, növbəti ildən koronavirus hər il bu mövsümi xarakterli qrip kimi olacaq və bitəcək:

"Yəni pandemiya formasında olmayacaq. Sadəcə, bizdə yoluxma sayı çox hesab olunur. Düşünürəm ki, gələn ildən rəqəmlər azalacaq. Əslində 500-700 rəqəmləri çox deyil. Yəqin ki, bir müddət sonra bunun statistikasını heç aparmayacaqlar. Gələn ildən koronavirus aktuallaığını itirəcək”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.072327