Saat:18:50
Haqqımızda

Mask Ukraynanın Rusiya qırıcılarını qırmasından yazdı: "Bu, gələcəyin müharibəsidir"

2025-06-02 10:30:20

Mask Ukraynanın Rusiya qırıcılarını qırmasından yazdı:

Hurriyyet.az xəbər verir ki, amerikalı milyarder İlon Mask sahibi olduğu X şəbəkəsində Rusiyanın strateji aviasiyasına Ukraynanın Təhlükəsizlik Xidmətinin  pilotsuz uçuş aparatları ilə hücumu barəsində paylaşmaya şərh verərkən dronları - müharibənin gələcəyi adlandırıb.

Söhbət iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən "Pautina" ("Hörümçək toru") xüsusi əməliyyatından gedir.
"Sequoia Capital" şirkətinin sahiblərindən olan Şon Maquayr X şəbəkəsində yazıb: "Ukraynanın indicə həyata keçirdiyi hücum müharibə tarixində dönüş nöqtəsi oldu. Yüzlərlə PUA havaya qalxaraq Rusiyanın 1000 km dərinliyində 40-a yaxın təyyarəni vurub. qiyməti 1 milyon dollardan az olan dronlar 1 milyarddan artıq zərər vurub. Mühüm infrastruktur artıq təhlükəsizlikdə deyil".
Mask Maquayranın bu paylaşmasına şərhində yazıb: "Dronlar - müharibənin gələcəyidir. Pilotlu aviasiya - yox".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.190958