Mask Tramp administrasiyasını tərk edir: "Bu axşam istefa verəcək"

Hurriyyet.az xəbər verir ki, milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasını tərk edir və "Tesla" şirkətindəki layihələri üzərində işləməyə qayıdır.
Bu barədə "Röyter" agentliyi Ağ Evə istinadla məlumat verib.
ABŞ hökumətinin "israfçılığa qarşı ən böyük mübarizi" Tramp administrasiyasıı tərk edir. Milyarder bu açıqlamanı Trampın vergi-büdcə layihəsinin "büdcə kəsirini artırdığını" söyləyib tənqid etdiyi günün ertəsi günü verib.
Mask deyib: "İsrafçı xərcləri ixtisar etmək imkanına görə Prezident Trampa təşəkkür etmək istəyirəm. Zaman keçdikcə Hökumət Səmərəliliyi Departamenti (DOGE) daha da möhkəmlənəcək. Çünki o, bütövlükdə hökumətin həyat tərzinə çevriləcək".
"Röyter" agentliyi Ağ Evdəki anonim mənbəyə istinadla milyarderin istefa verəcəyi xəbərini təsdiqləyib. Maskın "bu gün axşam" (Bakı vaxtı ilə cümə gününə keçən gecə) istefa verəcəyi bildirilir.
Xatırladaq ki, bundan əvvəl Mask Hökumət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini may ayında - statusunun vaxtının bitdiyi zaman tərk edə biləcəyini bildirmişdi. Bu vaxtın uzadılması məsələsi sual altında idi. "Vaşinqton Post" nəşrinin yazdığına görə, Maskın belə bir qəraraının səbəbi sol qüvvələrin tənqidləri ola bilər.
Hürr Tərcüman
