Mask: “İran üzərində 100-ə qədər peykimiz aktivləşib”

Hurriyyet.az xəbər verir ki, “SpaceX” şirkətinin başçısı İlon Mask hazırda onun kosmik şirkətinin 100-ə qədər fəal “Starlink” rabitə peykinin olduğunu bəyan edib: “Biz artıq İran üzərində 100-ə qədər peykin fəallaşdırılmasına yaxınıq”. “Röyters” agentliyinin məlumatına görə, Mask artıq payızda İran üzərində öz rabitə xidmətini aktivləşdirəcəyini xəbər vermişdi. Agentlik bildirir ki, Maskın planı təkcə əlavə bazar əldə eləmək istəyi deyil, o, həm də siyasi məqsədlər güdür.
Bu ilin sentyabrında Mask bəyan eləmişdi ki, “internet azadlığının və informasiyanın sərbəst axınının təmin edilməsi üçün” İranda “Starlink”in fəaliiyət göstərməsi zəruridir. O, həm də ABŞ hökumətindən İrana qarşı sanksiyaları “Starlink”in fəaliyyətinə şamil eləməməyi xahiş edib.
Hələlik ölkə daxilində şirkətin terminallarının olub-olmaması, onların İrana hansı üsulla göndərilə biləcəyi barəsində informasiya yoxdur. Rəsmi satışda terminallar yoxdur.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya