Saat:11:21
Haqqımızda

Mask insan beyninə görməni bərpa edən çip yerləşdirmək planlarını təsdiqləyib

2025-04-01 15:58:37

Mask insan beyninə görməni bərpa edən çip yerləşdirmək planlarını təsdiqləyib

İlon Mask, "Neuralink" şirkətinin insan beyninə görmə qabiliyyətini bərpa edən Blindsight adlı çipin implantasiyası planlarını təsdiqlədi. Şirkət 2025-ci ilin sonunda bu yeni inkişafı insan beyninə yerləşdirməyi planlaşdırır.

Hurriyyet.az xəbər verir ki, Texnobloqer və investor Savyer Merrittin məlumatına əsasən Mask öz "X" sosial platformasındakı səhifəsində bildirib.

"İlon Maskın rəhbərlik etdiyi "Neuralink" şirkəti, 2025-ci ilin sonunda, "Blindsight" adlı yeni beyin çipini xəstənin beyninə yerləşdirməyi planlaşdırır. Bu cihaz tamamilə kor olan insanlara belə görmə qabiliyyətini bərpa etmək qabiliyyətinə malik olacaq", - deyə Mask qeyd edib. Onun sözlərinə görə, çipin implantasiyası ilk mərhələdə görmənin qismən bərpasına səbəb olmalıdır, amma zamanla bu cihaz "insanlarda yüksək səviyyəli görmə qabiliyyətinə" nail olmağa kömək edəcək.

İlon Mask 18 sentyabrda bildirib ki, yeni görmə implantı "Blindsight" doğuşdan kor olan insanlara belə görmə imkanı verəcək. O, zamanla cihazın infraqırmızı və ultrabənövşəyi spektrdə görməyi təmin edəcəyini, həmçinin radar dalğa uzunluqlarını qəbul edə biləcəyini açıqlayıb.

"Neuralink" şirkəti "X" sosial şəbəkəsində bildirib ki, "Blindsight" cihazı ABŞ Qida və Dərman İdarəsi tərəfindən "inqilabi inkişaf" kimi təsdiq alıb.

Bizimyol.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000114