Mask Baydeni Ukraynada "əbədi müharibəni" maliyyələşdirməkdə ittiham edib
Hurriyyet.az xəbər verir ki, amerikalı milyarder, yeni prezident seçilmiş Donald Trampın qurduğu hökumətin üzvü İlon Mask Baydeni Ukraynada "əbədi müharibəni maliyyələşdirməkdə" ittiham edib.
Noyabrın 25-də Cozef Baydenin ABŞ Konqresindən Ukraynaya hərbi yardım üçün 24 millyard dollar ayrılmasını tələb etməsindən sonra İlon Maskın sahibi olduğu X şəbəkəsinin istifadəçilərindən biri öz səhifəsində ABŞ Prezidentinin "vergi ödəyicilərinin pullarını oğurlayıb üçüncü dünya müharibəsinin başlanmasını sürətləndirmək üçün xərcləyən cinayətkar təşkilatı idarə etdiyi" fikrini paylaşıb.
Mask həmin paylaşmaya şərhində Co Baydenin Ukraynaya kömək üçün Konqresdən əlavə vəsait tələb eləməklə "əbədi müharibəni" maliyyələşdirdiyini bildirib.
Hürr Tərcüman