Mask 18 yaşlıların müharibəyə aparılmasına etirazını bildirib
2024-11-28 15:52:20
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, amerikalı milyarder və yeni prezident seçilmiş Donald Tramp hökumətində vəzifə verilmiş İlon Mask rəsmi Vaşinqtonun Ukraynada çağırış yaşının azaldılması ideyasını tənqid edib.
ABŞ hökumətinin Ukraynada hərbi çağırış yaşının 25-dən 18-ə endirilməsi tələbi barəsində xəbərə şərh verən Mask sahibi olduğu X şəbəkəsində yazıb: "Daha nə qədər ölüm olmalıdır?"
Hürr Tərcüman
