Saat:03:55
Haqqımızda

"Maşınıyla sürət həddini aşaraq, atamın ölümünə səbəb olan şəxs cəzasız qalıb" - İMİŞLİ SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR

2024-04-12 11:10:35

İmişli rayonu, Rəsullu kənd sakini Məmmədov Elməddin Nəcəf oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, atasını maşınla vurub qaçan şəxs cəzası qalıb:

“Mən, Məmmədov Elməddin Nəcəf oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim  ki, 14.08.2023-cu il də İmişli rayonu, Rəsullu kənd sakini Əliyev Babək Firqət oğlu idarə etdiyi VAZ 2107 markalı maşınıyla sürət həddini aşaraq, atam Məmmədov Nəcəf Soltan oğlunu vurmuşdur. Həkimlərin tibbi yardımlarına baxmayaraq, atam Məmmədov Nəcəf Soltan oğlu dünyasını dəyişmişdir.

Məsələ ilə bağlı dəfələrlə İmişli rayon Polis şöbəsinin rəisi Azər Tağıyevə və İmişli rayon prokuroru Valeh Səmədova müraciət edib, Əliyev Babək Firqət oğlundan şikayətçi olsam da, bu günə qədər heç bir tədbir görülməyib. Onu da qeyd edim ki, ortada heç bir barışıq ərizəsi də yoxdur.

Prezident Administrasiyasına da müraciət ünvanlamışam, lakin heç bir cavab yoxdur. 

Daxili İşlər Nazirliyinin İstintaq və təhqiqat idarəsinin rəis müavini Emin Məmmədov 28.12.2023-cü ildə məktubumuza cavab göndərib ki, istintaq davam edir. 02.03.2024-cü ildə isə məktub göndərib ki, 14 dekabr 2023-cü ildə işə xitam verilmişdir.

Barışıq ərizəsi olmadan işə necə xitam verilə bilər?! Sürət həddini aşaraq qəza törədən və ölümə səbəb olan bir adam hələ də azadlıqda gəzir...”. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.189490