Maşında qumbara necə partlayıb? - Şəmkirdəki hadisənin təfərrüatı

2023-01-06 00:52:00

Maşında qumbara necə partlayıb? - Şəmkirdəki hadisənin təfərrüatı

Şəmkirdə “VAZ 2105” markalı avtomobildə qumbara partlaması ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

Hadisə nəticəsində yaralanan Heydərov Nəsib Yusif oğlu ilə Qarayev Binnət Həsən oğlu arasında bir müddət öncə borc üstündə anlaşılmazlıq yaşanıb.

İlkin məlumata görə, Nəsib Heydərov Binnət Qarayevdən pulunu tələb edib.

Bu gün isə B.Qarayev N.Heydərovu görüşə çağırıb. Müəyyən olunan yerə gələn tərəflər arasında mübahisə yaşanıb və məlum hadisə baş verib.

Hazırda hər iki şəxs Gəncə şəhər Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib və onların vəziyyəti ağırdır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma başlanılıb. 

Maşında qumbara necə partlayıb?

 

Qafqazinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.189494