Maşına “şəhid xanımı” yazan ailə şikayətçidir: - “Qızım şokdadır, həkimlər...”

2022-05-02 13:40:00

Maşına “şəhid xanımı” yazan ailə şikayətçidir: - “Qızım şokdadır, həkimlər...”

"Hələ qızım şok vəziyyətində, depressiyadadır. Həkimlər üzərində işləyir. Biz bilmirik öz dərdimizi çəkək, iki körpəmizi düşünək. Şəhid ailəsi haqqında bunu etmək olarmı?!"

Hurriyyet.az xəbər verir ki, bu sözləri Cebhe.info-ya iki gündür ölkə gündəmini zəbt edən "şəhid xanımı" yazılan maşını idarə edən Mövlanə xanımın atası Savalan Cəfərov deyib. O bildirib ki, qızı Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Rəşad Əliyevin həyat yoldaşı olub: "Dedilər ki, qızımın qayınatası ağır vəziyyətdədir. Həmin vaxtı maşında mən də olmuşam. Oturdum qızımla qudamgilə getdik. Qayınatası uşaqlarla nəfəs alır, onları görən kimi gözlərinə işiq gəldi. "Şəhid xanımı" sözünün yazılması həm də qayınatasıgilin razılığı ilə olub. Biz əvvəl şəkil istəyirdik, sonra düşündük ki, saralacaq, elə buna görə razılaşdıq ki, "şəhid xanımı" yazılsın. Biz yazını radar, polis üçün vurmadıq. Üzr istəyirəm "yol uşaqları"ndan qorunmaq üçün vurduq. Qızımın iki körpə uşağı var, təzə-təzə maşın sürür. Bir ildir şəhərdə bu maşın sürülür, bizim başımıza belə oyun gəlməmişdi. Qəsdən bunu çəkib qoyublarsa, Allah bəlalarını verəcək. Biz o boyda oğul itirmişik. O fotonu elə paylaşanlara, pis şərh yazanlara üç min şəhidin qanı haram olsun. "Red bull" içib, siqaret çəkən qadınları heç paylaşan yoxdur. Abrı-həyası ilə oturub iki uşağını böyüdən xanım haqqında yazırlar".

Savalan Cəfərov sözügedən fotonu qəsdlə çəkib yayan şəxslərin tapılıb cəzalandırılması üçün prokurorluğa müraciət edəcəklərini bildirib:"Prezident Aparatınadək şikayət edəcəyik".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya