Masazırda yola atılan körpənin meyiti tapıldı - Foto

2023-01-18 09:09:00

Masazırda yola atılan körpənin meyiti tapıldı - Foto

Masazırda yolun kənarında körpə meyiti tapılıb.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. Belə ki, ilkin məlumata görə, sellofan torpaya qoyularaq küçəyə atılan uşaq tapılanda artıq ölmüş vəziyyətdə olub.

Hadisə şahidləri bildirib ki, yenidoğulmuş körpə maşınların sürətlə irəlilədiyi yolun kənarında aşkarlanıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.234401