Saat:17:41
Haqqımızda

“Masallıda olan özbaşınalıq heç bir yerdə yoxdur” – RAYON SAKİNİ ETİRAZ EDİR

2023-01-26 13:45:00

“Masallıda olan özbaşınalıq heç bir yerdə yoxdur” – RAYON SAKİNİ ETİRAZ EDİR

Masallı rayonu, Sənaye Məhəlləsi ilə üzbəüz küçənin sakini Qulamov Rəqib Hətəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Masallıda olan özbaşınalıq heç bir yerdə yoxdur.

“Mən, Qulamov Raqib Hətəm oğlu, yazaraq sizə bildirirəm ki, Masallı rayonunda özbaşınalıq çoxdur. Burada məhəllənin yarısı qazla təmin olunub, yarısı yox.  Səbəb də odur ki, materiallar çatmayıb.

Dövlət tərəfindən ayrılan vasitələr yoxa çıxıb. İndi də deyirlər ki dövlət təmin etmir. Dövlət neçə dəfə pul ayırmalıdı bu qaza, işığa?

İcra başçısına müraciətlər olunur, amma baxılmır. Cənab Prezidentimiz hər bir vəzifəli vətəndaşa tapşırıq verir ki, əhalinin, xalqın qayğısına qalın. Demir ki, dövlət tərəfindən ayrılan vəsaiti yeyin, xalqı da qazsız, işıqsız qoyun. Qaz idarəsi və işıq idarəsi bizə bəla olub. İşıq trasvarmatoruna 2-3 məhəlləni qoşurlar, yük çox olduğuna görə lampalar közərir, soyuducu işləmir.

Küçələr bərbad haldadır. Bir məhəlləyə asfalt çəkilir , digərlərinin pulu yeyilir, bərbad vəziyyətdə qalır. Biz Masallı rayonu Sənaye Məhəlləsi ilə üzbəüz küçə sakinləri olaraq sizlərdən xahiş edirik, səsimizi lazımi orqanlara çatdırın. Masallı sakinləri ən ucqar kənd vəziyyətində yaşayırlar”.

Masallı rayon İcra Hakimiyyətinə zəng vursaq da, zənglərimizə cavab verən olmadı.

Jalə FAMİLQIZI

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR