Saat:18:37
Haqqımızda

Masallı sakinindən Sahil Babayevə MÜRACİƏT

2024-09-03 14:09:58

Masallı sakinindən Sahil Babayevə MÜRACİƏT

“Düzdür, Azərbaycan xalqı dözümlü xalqdır, amma siz ayaqlarınıza sapok geyinib, bizi məhv edirsiniz”

Masallı rayonu, Yeddioymaq kənd sakini Qasımov Ramal Abduləli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edir:

“Hörmətli Sahil Babayev!

3 uşaq atasıyam, imkanım zəif olduğu üçün ünvanlı sosial yardıma müraciət etmişdim. 5 ay yardım aldıqdan sonra. Mənə verilən pul kəsildi. Bu günlərdə isə mənə məktub göndəriblər ki, aldığın sosial yardımı geri ödəməlisiniz. Səbəb olaraq isə onu bildirirlər ki, 1 il bundan qabaq adınıza maşın olub.

Mən başa düşə bilmirəm ki, müraciət edəndə sənədlərə baxan şəxs sərxoş olub? Onun günahını mən niyə çəkməliyəm ki? Mən adi bir vətəndaş kimi müraciətimi etmişəm, imtina gəlməyib, 5 ay müddətində yardımdan faydalanmışam. Sizin əməkdaşlarınız o sənədləri sərxoş vəziyyətdə yoxlayıblarsa, bundan mənə nə?! Üstəlik, qaynımın adına maşın var, amma mənim yoxdur.

Cənab nazir!

Sizin əməldaşlar, hətta siz özünüz belə, biz vətəndaşlar arasında narazılıq salırsınız. Evi, maşını, yaxşı yaşayışı olan ailələrə ünvanlı sosial, yardım verirsiz, amma imkanı olmyanlara vermirsiz. Bu, hansı qanuna uyğundur. Mən xahiş edirəm ki, müraciətimə yenidən baxılsın, evimə baxış keçirilsin və sosial yardımım bərpa olunsun. Ata-anamla bir yaşayıram, onlarında hər biri 2-ci qrup əlilldirlər. Evimə gələn 160 manat pul ilə dolanmağa çalışırıq. Düzdür, Azərbaycan xalqı dözümlü xalqdır, amma siz ayaqlarınıza sapok geyinib, bizi bu üsülla məhv edirsiniz.

Mən belə başa düşürəm ki, Sahil Babayev və işçiləri bizim kimi kasıbları süründürərək öldürməyi özlərinə vəzifə seçiblər. Allah şərəfli, qeyrətli olan Azərbaycan xalqını qorusun”.

Hazırladı: Jalə FAMİLQIZI

P.S. Son illərdə insabların ən çox narazı olduğu 2 qurum var. Biri Ədliyyə Nazirliyi, digəri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Sanki bu 2 qurum əl-ələ verib, insanları canlarından bezdirəcəklərinə and içiblər.

P.P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.233710