Mart ayında 14 gün iş olmayacaq - TARİXLƏR

2023-02-21 09:30:00

Mart ayında 14 gün iş olmayacaq - TARİXLƏR

Qarşıdan gələn Novruz bayramında 5 gün qeyri-iş günü olacaq.

Hurriyyet.az xəbər verir ki, Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" Qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir.

Qeyd edək ki, 4-5, 11-12, 18-19, 25-26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi, eləcə də 8 Mart Beynəlxalq Qadınlar günü də rəsmi iş günü hesab olunmadığı üçün qeyri-iş günləri hesab edilir. 

Bununla da, mart ayında qeyri-iş günlərinin ümumi sayı 14 gün olacaq. 

Bizim.Media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.155814