Marsda gözlənilməz kəşf: İnsan izi... - MARAQLI GÖRÜNTÜLƏR

2022-06-17 15:33:00

Marsda gözlənilməz kəşf: İnsan izi... - MARAQLI GÖRÜNTÜLƏR

 

ABŞ-ın Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) “Perseverance” komandası əvvəllər Marsda qeydə alınmış görüntülərdə iki qaya arasında naməlum cismin tapıldığını bildirib.

Hurriyyet.az xəbər verir ki, NASA planetdə iki qaya arasında görünən parlaq, gümüşü materialın termal örtüyün bir hissəsi ola biləcəyini açıqlayıb.

Görüntülərin araşdırıldığı və naməlum cismin 2021-ci ildə göndərilən kəşfiyyat vasitəsindən düşmüş termal örtüyün parçası ola biləcəyi deyilib.

Obyektin “Perseverance” aparatının eniş nöqtəsindən 2 kilometr aralıda olduğu bildirilib.

Sözügedən obyekt təmiz planetlərin ekologiyasının çirklənməsi ilə bağlı narahatlıq doğurub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya