Marsa həyat axtarmağa gedənlər zibil tapdı - FOTO

2022-06-16 19:59:00

Marsa həyat axtarmağa gedənlər zibil tapdı - FOTO

NASA tərəfindən Marsa göndərilən kosmik gəmi planetdə həyat əlamətlərini axtararkən zibil tapıb. 

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tərəfindən Marsa göndərilən “Perseverance” kosmik gəmisi planetin səthində insan istehsalı olan zibil aşkar edib.

2021-ci ildə Marsın səthinə enən komanda Marsın səthində eniş zamanı nəqliyyat vasitəsini həddindən artıq temperaturdan qorumaq üçün istifadə edilən termal örtük parçası tapıb.

Termal örtüyün nəqliyyat vasitəsinin düşdüyü ərazidən 2 kilometr aralıda tapılmasının təəccüblü olduğu bildirilib və küləyin təsiri ilə uçurulmuş ola biləcəyi ehtimal edilib.

 

 

 

Ölkə.Az

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya