Saat:14:44
Haqqımızda

Markov: “Türkiyə ilə Azərbaycan sevinir, Ermənistan matəmdədir”

2025-01-30 12:15:28

Markov: “Türkiyə ilə Azərbaycan sevinir, Ermənistan matəmdədir”

Hurriyyet.az xəbər verir ki, rusiyalı politoloq Sergey Markov keçmiş ABŞ senatoru, erməni lobbiçisi Robert Menendesin   korrpusiya cinayəti ilə əlaqədar Nyu-York məhkəməsinin ona 11 il həbs cəzası verməsindən bəhs edib. 
Markov "Teleqram" kanalında Menendesi "Rusiyaya qarşı sanksiyaların əsas təşkilatçısı" və "Ermənistan lobbiçisi" adlandırıb, onun mühakimə edilməsinin Türkiyə ilə Azərbaycanda, qismən də Rusiyada sevinc doğurduğunu, Ermənistanı isə yasa batırdığını yazıb.
Siyasətçi Menendesin həmin cəza müddətini axıra qədər çəkəcəyinə şübhə elədiyini bildirib, diasporanın cəzanı yüngülləşdirmək üçün "hiyləgər yollara" əl atacağını proqnozlaşdırıb. 

Bəlli olduğu kimi, Nyu-York məhkəməsi keçmiş senatoru korrupsiyada, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləməkdə ittiham edərək, onun 11 il həbsdə saxlanılmasını qərara alıb.

Menendes uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub. Azərbaycan əleyhinə təşəbbüslərinə görə dəfələrlə erməni diasporu və rəsmi İrəvan tərəfindən mükafatlandırılıb.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.352606