Markov Rusiyanı tərk edəcək?
2025-08-26 09:24:34
Ölkəsində xarici agent elan edilən rusiyalı politoloq Sergey Markov ölkəsini tərk etmək niyyətində olmadığını açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, o bu barədə teleqram kanalında paylaşım edib.
Politoloq qeyd edib ki, Rusiya hökumətinin bütün hərəkətlərini legitim hesab edir və Vladimir Putinin siyasətini dəstəkləyir.
O əlavə edib ki, dövləti məhkəməyə vermək niyyətində deyil və ümid edir ki, üzərindən xarici agent statusu götürüləcək.
