Marko Duriç Azərbaycana gəlir
2024-08-30 16:42:05
Serbiya xarici işlər naziri Marko Duriç Azərbaycana səfər edəcək.
Hurriyyet.az xəbər verir ki, səfər sentyabrın 2-də baş tutacaq.
Marko Duriç Azərbaycanda bir sıra görüşlər keçirəcək, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.