Saat:12:24
Haqqımızda

Marketlər polietilen torbaları müştərilərə neçəyə satacaq? - VİDEO

2023-02-04 17:11:00

Marketlər polietilen torbaları müştərilərə neçəyə satacaq? - VİDEO

Bakıda marketlərdə alıcılara verilən polietilen torbalar tezliklə ödənişli olacaq.

Hurriyyet.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bu barədə müraciət ünvanlayıb.

Polietilen torbaların ayrıca məhsul kimi satılması xəbəri vətəndaşlar üçün heç də ürəkaçan olmayıb. Sorğu zamanı paytaxt sakinləri nə qədər ekologiyamızın qeydinə qalmağa haqq qazandırsalar da, polietilen torbaların ayrıca məhsul kimi satılamasını müsbət qarşılamadıqlarını bildiriblər.

Məsələ ilə bağlı artıq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib. Məktubda qeyd olunub ki, qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülməli və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilməlidir.

Məsələ ilə bağlı bir neçə iri market şəbəkələri ilə əlaqə saxlanılıb və bildirilib ki, şirkətlərə fevralın 15-dək vaxt verilib və tapşırılıb. Polietilen torbaların satış qiymətlərinə gəlincə, bununla bağlı vahid məbləğ müəyyən olunmayıb. Bunu hər şirkət özü təyin edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR