Saat:03:40
Haqqımızda

Mark Zukerberq Trampın andiçmə fonduna 1 milyon dollar bağışlayıb - “The Wall Street Journal”

2024-12-12 11:55:05

Mark Zukerberq Trampın andiçmə fonduna 1 milyon dollar bağışlayıb - “The Wall Street Journal”

Mark Zukerberqin “Meta” şirkəti Trampın andiçmə fonduna 1 milyon dollar bağışlayıb. Bu barədə “The Wall Street Journal” xəbər verib.

Nəşr qeyd edir ki, bu, sahibkarın ABŞ-ın yeni prezidenti ilə vaxtilə gərgin olan münasibətlərini gücləndirmək üçün atdığı addım idi.

Xatırladaq ki, Tramp bundan əvvəl Zukerberqin ona qarşı sui-qəsd hazırladığını və buna görə də onun əleyhinə yenidən çıxış etmək qərarına gəlsə, ömrünün qalan hissəsini həbsdə keçirəcəyini bildirmişdi. Lakin Tramp seçildikdən sonra o, Mar-a-Laqodakı iqamətgahında sahibkarla görüşüb.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.143827