Mark Zukerberq insan yox, robotdur? - Sübut etdi

2022-08-27 16:27:00

Mark Zukerberq insan yox, robotdur? - Sübut etdi

 

Mark Zukerberq insan yox, robot olması barədə insanların yaydığı informasiyaya münasibət bildirib.

Hurriyyet.az xəbər verir ki, iş adamı bunu bloqqer və idman aparıcısı Co Roqanın “The Joe Rogan Experience” adlı verilişində robot olmadığını sübut etmək üçün zarafatyana addım atıb.

Zukerberq robot olmadığını sübut etmək üçün bir stəkan su içib.

“Sənin su içməyindən xoşum gəlmir. Məsələn, sən ABŞ Senatındakı dinləmələrdə su içəndə bu, robotun içməsinə bənzəyirdi”, - deyə Roqan zarafat edib. Sonra isə Zukerberqdən onun qarşısında bir qurtum su içməsini istəyib.

Zukerberq kameralar qarşısında su içib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.086373