Mariya Zaxarovanın İrandakı geyim tərzi qalmaqal yaradıb

2022-06-24 14:20:00

Mariya Zaxarovanın İrandakı geyim tərzi qalmaqal yaradıb

Rusiya XİN naziri ilə birgə Tehrana səfər edən bu ölkənin XİN sözçüsü Mariya Zaxarovanın İran XİN-in binasındakı geyim tərzi İranın daxili mediasının və sosial media istifadəçilərinin sərt reaksiyasına səbəb olub.
Belə ki, xanım Zaxarovanın sosial mediada İran XİN-də olarkən ölkə qaydalarına görə, hicaba riayət olunmayan geyim tərzinin görüntüsü sosial media istifadəçilərinin sərt tənqidləri ilə üzləşib. 
Onlar bildiriblər ki, İran hökuməti ölkə vətəndaşlarına hicabla bağlı bu qədər qadağalar qoyduğu halda, necə olur ki, rusiyalı diplomat bu geyimlə rahat şəkildə İranın rəsmi dövlət binasına gedir.
Bununla yanaşı, "Mərdomsaları" qəzeti də "Zaxarovanın Tehranda hicab stili" başlıqlı xəbəri ilə xanım Zaxarovanın şəklini paylaşıb. 
"Hamshahri Online" saytı isə "Rusiya XİN sözçüsünün İranda maraqlı geyimi" başlıqlı xəbər yaysa da, dövlətə yaxın mətbuat orqanları niyəsə Zaxarovanı tənqid etməkdən çəkiniblər.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya