Mariya Zaxarovadan onu "hansısa katibə" adlandıran Simonayana cavab gecikmədi

Zaxarova onu “hansısa katibə” adlandıran Simonyana cavab verib və erməni xalqını “əzabkeş” adlandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü planetin bütün katiblərini dəstəkləyib.
“Demək lazımdır ki, bu sözləri deyənin səviyyə ilə bağlı aşkar problemləri var. Mən isə planetin bütün “katibələrinə” dəstək sözləri demək istəyirəm. Rəfiqələr! Sizin işiniz, “katibə” işi deyil, “katib” işidir - hətta ən rütbəli müdirin də uğurunun açarıdır. Sizin gündəlik gərgin işiniz, o cümlədən plan tərtib etmək, görüşlər təşkil etmək, sənədlərlə işləmək, zəngləri qəbul etmək və milyonlarla müxtəlif qayğılar olmadan hər şey boşa gedəcək. İnciməyin, bu adam, əminəm, ağzını düşünmədən açıb. Onun dediklərini erməni xalqına aid etməyin. Erməni xalqı müdrik, əzabkeş və sevməyi biləndir”, deyə Zaxarova Simonyanın cavabını verib.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya