Mariya Zaxarova erməni jurnalistin sözünü kəsdi, biabır etdi (VİDEO)

2022-09-15 19:37:00

Mariya Zaxarova erməni jurnalistin sözünü kəsdi, biabır etdi (VİDEO)

Rusiyanın Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova brifinq zamanı erməni jurnalistı biabır edib.

Bu gün baş tutan brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan İctimai Televiziyasının müxbiri Mari Yeqoryanın təxribat xarakterli hərəkətlərinə sərt reaksiya verib.

Erməni jurnalist Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinə suallar verməzdən əvvəl Azərbaycanı "təcavüz”də ittiham etməyə başlayıb və İrəvanın kömək üçün Moskvaya üz tutduğunu bildirərək, Rusiya Federasiyasının bu məsələdə necə davrandığını soruşub. 

Mariya Zaxarova erməni jurnalistin bu təxribatçı davranışına sərt reaksiya verib. "Diqqətinizə çatdırmaq istərdim ki, bu, jurnalistlərin deyil, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin brifinqidir. Ona görə də xahiş edirəm sual verin və ortaya mövqe qoymayın”.

Sonra Yeqoryan Azərbaycan Silahlı Qüvvələrinin guya Rusiya Federasiyası FTX-nin sərhəd qoşunlarının həmin məntəqəni və avtomobil texnikasını atəşə tutması barədə danışmağa başlayanda, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi onun sözünü kəsib və sərt reaksiya verib.

"Yəqin ki, mən nəyisə düzgün deyə bilmədim. Sizdən xahiş etdim ki, fikirlərinizi yox, sualınızı verin. Ümid edirəm ki, xahişimi eşidəcəksiniz ki, daha sizi düzəltmək məcburiyyətində qalmayacağam və mən bunu etmək istəmirəm. Zəhmət olmasa, sual verin. İstəyirsinizsə, sizə vaxt verim, sualına düzəliş edəsiniz".

 

32gun.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.082960