Saat:04:49
Haqqımızda

Mariya Ovsyannikova ev dustağı edildi

2022-08-12 12:50:00

Mariya Ovsyannikova ev dustağı edildi

Rusiyanın Birinci televiziya kanalının canlı efirdə Ukraynada xüsusi əməliyyata qarşı etiraz aksiyası keçirmiş redaktoru Mariya Ovsyannikova oktyabrın 9-dək ev dustaqlığına məhkum edilib.

Hurriyyet.az Sfera.az-a istinadən xəbər verir ki, o, 5 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, bu il martın 14-də M.Ovsyannikova “Vremya” xəbərlər proqramının canlı efiri zamanı Ukraynada hərbi əməliyyatlar əleyhinə plakat açıb. Bundan sonra o, 30 min rubl məbləğində cərimə olunub və Almaniyaya işləməyə gedib.

İyulun əvvəllərində Ovsyannikova yenidən Rusiyaya qayıdıb. Avqustun 10-da jurnalist evində axtarış aparıldıqdan sonra saxlanılıb. Bu dəfə o, iyulun 15-də etiraz piketi keçirməkdə təqsirləndirilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR