MARİUPOLDA MÜQAVİMƏT QÜVVƏLƏRİ HƏRƏKƏTƏ KEÇDİ - “Qisas artıq buradadır!" + VİDEO

2022-07-30 12:47:00

MARİUPOLDA MÜQAVİMƏT QÜVVƏLƏRİ HƏRƏKƏTƏ KEÇDİ - “Qisas artıq buradadır!

Mariupolun “Nemizida” müqavimət qrupunun fəaliyyəti nəticəsində bölgədə yanğın baş verib. Rusiyalı hərbçilər yanğını söndürə bilmir. Yanğının rusiyalıların bazasına keçməsi ehtimalı var.

Hurriyyet.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko məlumat verib.

“Bizim müqavimət qrupumuz “Nemizida” rusiyalılara daha bir alovlu “salam” göndərir. Sözün əsl mənasında. Bununla Mariupol yaxınlığındakı tarlalardan daha az Ukrayna taxılı oğurlanacaq. Novoazovsk-Donetsk istiqamətində gözəl şəkildə alovlanma var”, - deyə o qeyd edib.

Andryuşenko vurğulayıb ki, yanğın yerinin yanında istehkamlar, döyüş sursatı olan texnika anbarları və rusiyalı hərbçilərin minalanmış sahələri var.

“Söndürmək mümkün olmayacaq - oğurluq etmək mümkün olmayacaq. Ümid edirik ki, alov rusiyalıların bazasına keçəcək”, - deyə o əlavə edib.

Həmçinin Andryuşşenko Mariupoldan 15 kilometr aralıda yerləşən Bezımyannı kəndindən alovun necə göründüyünü də göstərib.

“Qisas artıq buradadır, artıq yürüşdədir”, - deyə o vurğulayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063349