Marina Ovsyannikova ilk dəfə başına gələnləri danışdı - PUTİNİN İŞĞAL PLANINA ETİRAZ EDƏN JURNALİSTİ AİLƏSİ İLƏ “VURURLAR”

2022-05-31 13:58:00

Marina Ovsyannikova ilk dəfə başına gələnləri danışdı - PUTİNİN İŞĞAL PLANINA ETİRAZ EDƏN JURNALİSTİ AİLƏSİ İLƏ “VURURLAR”

Marina Ovsyannikova iki ay əvvəl Rusiyanın ən çox baxılan xəbərlər proqramına əlində müharibə əleyhinə plakatla çıxanda başına nə gələcəyini bilmirdi. Ovsyannikova uzun müddət sonra ilk dəfə başına gələnləri danışdı...

Hurriyyet.az xəbər verir ki, Marina Ovsyannikova həyatının çox hissəsini Rusiya dövlət televiziyasında çalışıb və “Birinci Kanal”ın ən mühüm proqramı olan “Xəbərlər”in komandasında mühüm vəzifəyə yüksəlib. Rusiya şərtlərinə görə yaxşı maaş alan Ovsyannikova ölkəsi ilə Ukrayna arasında gərginlik artmağa başlayanda səhv yerdə olduğunu düşünməyə başlayıb və bu işi davam etdirə bilməyəcəyinə qərar verib.

Rusiyanın Ukraynaya hücumu başlayanda uzun müddətdir işlədiyi kanalı tərk etmək qərarına gələn Ovsyannikova, əsas xəbər proqramının təqdim olunduğu canlı yayıma daxil olaraq, müharibə əleyhinə ifadələrin yer aldığı plakat açıb. Bütün dünyanın gündəmində olan plakatda “Müharibəyə yox! Bu müharibəni dayandırın! Təbliğat maşını sizə yalan danışır!”, - kimi şüarlar yazılıb.

Son darbeyi kocası vurdu Rusyanın en nefret edilen kadını oldu

Ovsyannikova bu aksiya haqda danışıb: “Düşünməyə çox vaxtım yox idi. Bunu etdikdən sonra çox qorxdum. Əllərim o qədər titrəməyə başladı ki, bir stəkan su belə içə bilmədim. Həmin gün emosional partlayış yaşadım”.

“ÖLKƏSİNİ MÜDAFİƏ EDƏN CASUS”

Ovsyannikova “Kanal 1”-in canlı yayımında etirazından sonra saxlanılıb. Polis bölməsində gecələyən qadın sosial şəbəkədəki paylaşımlarına görə ertəsi gün məhkəməyə çıxarılıb. Bu ərəfədə isə, “Birinci Kanal”ın xəbər xidmətinin direktoru canlı efirdə Ovsyannikovanın "vətəninə xəyanət edən Britaniya casusu" olduğunu iddia edərək, onu qınayıb.

Marina Ovsyannikova ilk vaxtlar həbs cəzası ilə üzləşməkdən çox qorxduğunu bildirib və “Mənə 10 ilə qədər həbs cəzası veriləcəyi deyildiyi üçün qorxdum”, - deyir.

Rusiyada müharibə əleyhinə nümayişlərdə saxlanılan 2 mindən çox adam “ordunu nüfuzdan salmaq” ittihamı ilə mühakimə olunub, 53 nəfər isə “saxta xəbər” yaymaqda günahlandırılıb. Rusiyada yeni hüquqi tənzimləmələrdən sonra Rusiya ordusu ilə bağlı “hərbi əməliyyat” və “bilərəkdən yalan xəbər yaymaq” cinayət sayılır. Bu cinayətləri törədənləri 15 ilə qədər həbs gözləyir.

Son darbeyi kocası vurdu Rusyanın en nefret edilen kadını oldu

Marina Ovsyannikova isə məhkəmədə 30 min rubl cərimələnib. Etirazdan sonra dünyanın gündəminə çevrilən Marina Ovsyannikova ötən həftə “Vatslav Havel İnsan Haqları Mükafatı”nı almaq üçün Norveçə gedib. Ovsyannikova aldığı mükafatın 60 min avrosunu ukraynalı qaçqınlara dəstək verən fonda bağışlayacağını və qalanını müxalifətin Rusiyanı tərk etməsinə kömək etmək üçün istifadə edəcəyini açıqlayıb.

“O, KREMLİN ADAMIDIR”

Canlı yayımda etdiyi etirazdan sonra çoxlu reaksiyalar aldığını deyən Ovsyannikova Rusiyadakı müxalifətçilərin də Putin tərəfdarları qədər onu tənqid etdiyini bildirib. Ölkədə bir çox dissidentlər Ovsyannikovanın jurnalist kimi reputasiyasını şübhə altına alıb və buna səbəb kimi onun illər boyu “Putinyönlü” kanalda işləməsini vurğulayıblar. Ukraynada çoxları onu “Kreml agenti” kimi təsvir edir.

Ukraynanın aparıcı antikorrupsiya fəallarından biri olan Daria Kaleniuk bildirib ki, insan haqları hərəkatının liderlərinə verilən mükafatlandırma mərasimində illərdir müharibəni qızışdıran Rusiya dövlət təbliğatçısını görmək ukraynalılar üçün alçaldıcıdır. Müstəqil reportyor Fəridə Rüstəmova da, "Hazırda onlarla müstəqil rus jurnalist Avropada iş axtarır, lakin Almaniyanın "Die Welt" qəzeti Marina Ovsyannikovaya iş təklif edib. Putin Rusiyasında dissident olan və həyatını riskə atan təkcə o deyildi", - açıqlayıb.

“OĞLUM MƏNƏ HƏYATIMIZI MƏHV ETDİYİMİ DEDİ”

Ovsyannikova çətin vəziyyətdə olduğunu bildiyini bildirərək, “Özümü əcnəbi kimi hiss edirəm” deyərək hisslərini dilə gətirib. Müxalifətin və Putin tərəfdarlarının onu sərt şəkildə tənqid etdiyini bildirən Ovsyannikova deyir: “Mən informasiya müharibəsinin mərkəzindəyəm. Dissidentlərin mənə şillə vurduğu yazıları görmək istəsəm, Twitter-ə girirəm. Mən köhnə işimdə Putin tərəfdarlarından və dostlarından qorxuram".

Son darbeyi kocası vurdu Rusyanın en nefret edilen kadını oldu

BİR ZƏRBƏ DƏ ƏRİNDƏN ALDI...

Putinin ondan qisas almaq üçün ailəsindən istifadə edəcəyindən narahat olan Ovsyannikova dövlətə məxsus RT (“Russia Today”) yayım qrupunda çalışan ərinin iki uşağının qəyyumluğunu almaq üçün ona qarşı iddia qaldırdığını da bildirib. Ovsyannikova: “Oğlum mənə dedi ki, ailə həyatımızı korlayıram. Etirazın nəticələri hər gün uçqun kimi böyüyür”.

“HƏYATIMIN BELƏ OLACAQINI BİLMİRDİM”

Son bir neçə ayda Avropada ictimai tədbirlərdə çıxış edən və bəzi siyasətçilərlə görüşən Marina Ovsyannikova xaricdə yaşamağı planlaşdırmadığını və tezliklə Rusiyaya qayıdacağını bildirib.

Etdiyi əməldən peşman olmadığını deyən Ovsyannikova Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin müşavirlərindən biri Boris Bondarevdən ilham aldığını bildirib. Bondarev Rusiya ordusunun Ukraynaya girməsindən sonra vəzifəsindən istefa verərək, "20 illik diplomatik karyeramda xarici siyasətimizdə çoxlu dəyişikliklər görmüşəm, lakin 24 fevraldan bəri ölkəmdən heç vaxt bu qədər utanmamışam", - deyib.

Marina Ovsyannikova deyib: "Biz bunu özümüz üçün etmirik. Biz bunu Rusiyanın gələcəyi üçün edirik, Rusiyanın orta əsrlərin qaranlığına qərq olmasını istəmirik".

Öz dərdlərinin və şəxsi problemlərinin Ukraynada davam edən müharibədən başqa heç bir məna daşımadığını ifadə edən Ovsyannikova, "Hamımızın məqsədi eynidir, müharibəni dayandırmaq, müharibə cinayətkarlarını ədalətə təslim etmək və Ukraynanı yenidən qurmaq", - deyə vurğulayıb.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya