MAQATE-dən AÇIQLAMA: “İranın nüvə proqramına nəzarətimiz dayandırılıb”

2022-07-26 13:31:00

MAQATE-dən AÇIQLAMA: “İranın nüvə proqramına nəzarətimiz dayandırılıb”

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi deyib: “İndiki vəziyyətdə İranın nüvə proqramı ilə bağlı bütün əvvəlki yoxlamaları bərpa etmək lazımdır, çünki hazırda agentliyin Tehranın nüvə silahı üzərində işləyib-işləməməsi ilə bağlı yeni məlumatı yoxdur”.
“İran zənginləşdirmə üçün lazım olan yeni nəsil sentrifuqaları işə salır. İran agentliyin nüvə mərkəzlərinə girişini məhdudlaşdırıb və İranın nüvə fəaliyyətləri ilə bağlı monitorinqimiz dayandırılıb. İran rəsmiləri də quraşdırılmış kameralarımızın bir qismini yığışdırdıqlarını da bildiriblər.”-deyə o, əlavə edib.
Qrossinin sözlərinə görə, atom sahəsində güvənməyin yeganə yolu kifayət qədər nəzarətə sahib olmaqdır və danışmaq faydasızdır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062253