"Mançester Yunayted" stadionunda dindarlar üçün otaq yaratdı
2025-12-03 19:20:12
"Mançester Yunayted" klubu dindar azarkeşlər üçün nümunəvi addım atıb.
"Stretford End" tribunası arxasında yeni çoxdinli ibadət otağının istifadəyə verildiyini açıqlanıb.
Klubun məlumatına görə, azarkeşlər artıq ötən mövsümdən etibarən matçlardan əvvəl Ramazan ayına aid dualar və digər dini ehtiyaclar üçün bu məkandan yararlanırlar.
Yeni təşəbbüsün məqsədi stadionda daha əhatəli və hər kəs üçün əlçatan mühit formalaşdırmaqdır.
Klub rəhbərliyi bunun müxtəlif dinlərə mənsub azarkeşlərin özlərini daha rahat və təhlükəsiz hiss etməsinə şərait yaradacağını bildirib.

Offsideplus.az
