“Manatlıq taksi”də qadın sərnişinə qarşı əxlaqsızlıq: DİN hərəkətə keçdi – VİDEO
2023-03-07 20:22:00
.jpg)
Bakıda taksidə qadına qarşı əxlaqsızlıq edilib.
Hurriyyet.Az Baku.ws-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında “20 Yanvar” dairəsi yaxınlığında baş verib.
“Manatlıq taksi”dən istifadə edən 21 yaşlı Ağayeva Gülnaz (ad şərtidir – red.) adlı xanım digər sərnişin tərəfindən cinsi qısnamaya məruz qalıb.
Qadın ağlayaraq baş verənləri lentə alıb. Taksidə başqa sərnişinlər də olublar və onlar hadisəyə məhəl qoymayıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən polis baş leytenantı Nurlan Əliyev bildirib ki, hadisədən xəbərdardırlar. Hazırda araşdırma aparılır. Həmin şəxs barəsində tədbir görüləcək.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya