Manatımızı dollara çevirək: YA YOX? - AÇIQLAMA

2022-05-06 17:57:00

Manatımızı dollara çevirək: YA YOX? - AÇIQLAMA

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot faiz dərəcəsini 0,5% artıraraq 0,75-1% həddinə çatdırması və növbəti iclaslarda 0,5% artıma gediləcəyi ilə bağlı açıqlamaları dolları digər valyutalar qarşısında bahalaşdırır.

Belə ki, ABŞ dolları əsas səbət valyutaları qarşısında 20 illin maksimumuna yüksəlib və 2002-ci ilin dekabrından bu yana ən yüksək göstərici olan 103,94-ə çatıb.

Hurriyyet.az-ın məlumatına görə, iqtisadçı Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, dolların məzənnəsinin avro ilə eyniləşməsi ehtimalı var və bu, mümkün ssenaridir. FED uçot dərəcəsini artırsa da, Avropa Mərkəzi Bankı hələ də ucuz pul siyasətini həyata keçirir və iqtisadiyyata pul yatırır. Faiz artımının gündəliyə gətirilməsi üçün bu proseslər dayanmalıdır. Avropa Mərkəzi bankı üçüncü rübdən tez faiz artımı haqda düşünməyəcəklərini bildirirdilər, baxmayaraq ki Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard yanvarda verdiyi açıqlamada 4 dəfə faiz artımına gediləcəyini desə də, müharibə gündəliyi dəyişdi. Belə ki, Rusiya-Ukrayna müharibəsinin Avropada getməsi ilə bərabər bir sıra digər faktorların da avronun məzənnəsinə təsiri var”.

Dolların möhkəmlənməsinin və əsas valyutalar qarşısında dəyər qazanmasının manata təsirləri də maraq doğuran məsələlərdən biridir.

Ekspertin fikrincə, manatın dollara indeksləşdirilməsi milli valyutamızı bir sıra əsas valyutalar - avro, funt sterlinq kimi valyutaların qarşısında bahalaşdırır: “Bu isə ortamüddətli iqtisadi hədəflər üçün arzuolunan deyil. İndiki məqamda enerji resurslarının baha olması, ölkədə inflyasiyanın yüksək həddi manatın devalvasiya ehtimalını aşağı endirir. Çünki devalvasiyanın olması inflyasiyanı kəskin şəkildə sürətləndirə bilər və hazırkı 12% səviyyəsi 2-3 dəfə artar”.

Enerji resurslarının qiyməti yüksək olduğu üçün hökumətin buna dözdüyünü deyən X. Kərimli manatın bahalaşmasının hədəflərə uyğun gəlmədiyini bildirdi: “İstənilən halda manatın dollarla birgə dünya valyutaları qarşısında bahalaşması orta və uzunmüddətli iqtisadi hədəflərə uyğun deyil. Bu, ixrac qabiliyyətimizə mənfi təsir göstərərək iqtisadiyyatı bahalaşdırır. Dolların bahalaşması və uzun müddət belə qalması manatın devalvasiya ehtimalını növbəti illərdə gündəmə gətirə bilər”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya