Saat:13:00
Haqqımızda

Manat “tam üzən məzənnə”yə KEÇƏCƏK

2022-01-17 16:10:00

Manat “tam üzən məzənnə”yə KEÇƏCƏK

“Uzun illərdir ki, manatın məzənnəsi inzibati yolla qorunub saxlanılır. Amma proses bir bu qədər də davam edə bilməz”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov manatın məzənnəsinin inzibati üsulla qorunub saxlanılmasına münasibət bildirərkən deyib.

V.Əhmədov deyib ki, belə olmasaydı 1 dollar 1,7 manat səviyyəsində qala bilməzdi:

“Ölkə daxilində baş verənləri, inflyasiyanı, idxalı, ixracı, pulun dövriyyəsilə bağlı prosesləri görürük. Manat inzibati yolla saxlanılır və qorunub saxlanılması üçün də kifayət qədər ehtiyat var. Məzənnənin inzibati yolla qorunub saxlanılması nə qədər davam edəcək, 6 ay, bir il bilinmir. Amma gec-tez sərbəst buraxılacaq və “tam üzən məzənnə”yə keçiləcək”.Deputat hazırda manatın qorunmasının əhəmiyyətini Qarabağda aparılan quruculuq işləri ilə əlaqələndirib:

“Qarabağda tikinti işləri başlayıb. Orada xarici şirkətlər işləyirlər. Onlar istəyirlər ki, milli valyuta stabil olsun, onlar üçün problem yaranmasın. Manatın məzənnəsinin qorunub saxlanılması əlbəttə dövlət, millət üçün əhəmiyyətlidir. Amma bunun da da bir vaxtı gələcək ki, manat mütləq sərbəst valyuta olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən həftə yerli telekanallara müsahibəsində manatın məzənnəsilə bağlı məsələlərə aydınlıq gətirib. Prezident deyib ki, hökumət bir neçə il bundan əvvəl çox ağır addımın atılmasına məcbur olub:

“Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxarmışdı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik".

Xatırladaq ki, AMB sədri Elman Rüstəmov 2021-ci ilin sonları ilə bağlı brifinqdə jurnalistlərin suallarını cavablandırarkən, “biz manatı zorla tutub saxlaya bilmərik, manatın məzənnəsini inzibati yolla tənzimləmək mümkün deyil”, açıqlamasını vermişdi.

Xəbəri Universitetdən saytımıza təsdiqləyiblər.

Qohumlarının bildirdiyinə görə, İsmayıl 2021-ci il Gənclər üçün Prezident mükafatçısı olub. Təxminən on il əvvəl böyrək çatışmazlığı problemi ilə üzləşib, atasının böyrəyi ona köçürülüb.
Subay olan gənc müəllim evlənməyi planlaşdırırmış.

31 yaşlı İ.İsmayıllı Ordubadın Nüsnüs kəndində anadan olub.

2016-cı ildə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin memarlıq ixtisasını bitirib. 2016-2017-ci illərdə Naxçıvan Dövlət Universitetində metodist, 2017-ci ildən “Memarlıq” kafedrasının müəllimi kimi fəaliyyətə başlayıb.

İsmayıl İsmayıllı müxtəlif yarışlarda, müsabiqələrdə iştirak edib, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Gənc memarın əsas uğuru isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dekabrın 14-də Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında sərəncamına əsasən ali təhsil ocağında 2 hektar ərazini əhatə edən Texnologiyalar Parkının eskiz layihəsinin müəllifi olması idi. Ötən il gənc memar ölkə başçısının sərəncamı ilə Prezident mükafatına layiq görülüb.

Allah rəhmət eləsin...

 





1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR